`Oskar`a namizəd cizgi filmləri

  06 Noyabr 2013    Oxunub : 3753
`Oskar`a namizəd cizgi filmləri
AzVision.az xəbər verir ki, Oskar mükafatının rəsmi saytında cizgi filmləri sırasında mükafata namizəd olacaq filmlərin adı açıqlanıb. Siyahıya 19 cizgi filmi daxil edilib. Bunlar `Buludlu 2: GMO qisası`, `Kruds ailəsi`, `Əcaib mən - 2`, `Elik, Ernest və Salestina: siçan və ayının sərgüzəştləri`, `Saxta`,`Hündüşqalar geri və gələcəkdə`, `Soyuq ürək`, `Kumba`, `Sarila: itirilmiş məkan`, `Momoya məktub`, `Divlər universiteti`, `Həvari`, `Təyyarələr`, `Madok Magikin sehrbazı 3`, `Rio 2096: Sevgi və hirs`, `Şirinlər 2`, `Turbo`. Eləcədə siyahıda Yapon rejissoru bu il cizgi filmi işinə son qoyacağını elan edən Xayao Miyadzakinin `Küləklər güclənir` filmidə yer alır.

Filmlərin bəziləri irəli sürülməsi üçün sənədləşmədən keçməyib. Belə ki, filmlərin paylanması haqda öhdəlikləri tam yerinə yetirməyiblər. Bundan əlavə, animasiya kateqoriyasında təqdim edilən lentlər, digər mükafatlarla da təltif oluna bilər, məsələn: `İlin filmi` mükafatına.

"Oskar" mükafatı təqdim etmə mərasimi Los-Anceles şəhərində martın 2-si keçiriləcək. 24 kateqoriyalar üzrə namizədlər yanvarın 16-da elan olunacaq. Mərasimi məşhur teleaparıcı və aktrisa Ellen DeGeneres aparacaq.

Teqlər: