Prezident onları təltif edib - Adlar
Dövlət başçısının sərəncamı ilə Xəlilova Minayə İbrahim qızı, Məmmədov Məmməd Kərəm oğlu və Nəcəfov Bayram Həsən oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.
Ölkə başçısının digər bir sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində fərqlənən şəxslər də var.
Prezidentin sərəncamı ilə Şirəliyev Mübariz Məmmədəli oğlu 1-ci dərəcəli “Əmək” ordeni ilə, Orucov Valeh Qəşəm oğlu 2-ci dərəcəli “Əmək” ordeni ilə, Abdullayev Tahar Vəzir oğlu və Quliyev Elxan Piri oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif ediliblər.
Azvision.az