“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi hazırlanacaq

 “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi hazırlanacaq
  20 Dekabr 2018    Oxunub:3357
Azərbaycanda əhaliyə pulsuz hüquqi yardım göstəriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Proqramda tapşırılıb ki, əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərilməsinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq ekspertlərin iştirakı ilə “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi hazırlansın. İşin icrası Nazirlər Kabinetinə həvalə olunub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qanun   Layihə  





Xəbər lenti