“Ölkədə kənd təsərrüfatı sürətlə inkişaf edir” - Nazir
Nazir bildirib ki, ümumi daxili məhsulda kənd təsərrüfatının payı artır: "İxracatda qeyri-neft sektorunun payı, o cümlədən kənd təsərrüfatı məhsullarının payı yüksəlib. Amma qeyd etmək lazımdır ki, torpaq və su resurslarımız azdır. Bu resurslardan səmərəli istifadə artıq zərurətə çevrilib. Aqrar sahəni iqtisadiyyatın prioritet sahəsi kimi müəyyən edən Cənab Prezident ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqlar müəyyənləşdirib. Bu tapşırıqlar mövcud resurslardan səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq, ətraf mühitin qorunmasını təmin etməkdən ibarətdir. Müəyyənləşən vəzifələrə uyğun olaraq fəaliyyət prinsiplərimizdə düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqini əsas götürürük".
Aytən Zəhra
Azvision.az
Teqlər: Nazir İnam-Kərimov