Quş qripi ilə bağlı monitorinqlərin nəticələri açıqlandı
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasının, Bərdə, Salyan, Sabirabad və Quba regional sınaq laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Taun Əleyhinə Stansiyasının əməkdaşları iştirak ediblər.
Toplanmış diaqnostik nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində monitorinq aparılan ərazilərdə quş qripi xəstəliyinə rast gəlinmədiyi məlum olub.
Azvision.az
Teqlər: AQTA