İlham Əliyev Putinlə birlikdə “Şelkunçik”ə baxdı - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gəldi.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan və Rusiya prezidentləri birgə foto çəkdirdilər. Sonra MDB dövlət başçıları birgə foto çəkdirdilər. Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirildi.
Görüşdən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı oldu. Dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxdılar.
Azvision.az
Teqlər: İlham-Əliyev