AFFA cəzalandıracaq

AFFA cəzalandıracaq
  07 Mart 2013    Oxunub:1876
AFFA oyunlarla bağlı sərt cəza tətbiq edəcək.
AFFA rəhbərliyinin təşəbbüsü ilə Apellyasiya və Ekspert Komitəsi şübhəli oyunlarla bağlı iclas keçirib.

İclasda AFFA-nın hüquqşünası Rəmiş Malıyev tərəfindən komitə üzvlərinə nəticəsi əvvəlcədən müəyyənləşdirilən şübhəli oyunlar və bu oyunlarla bağlı xüsusi qrupun apardığı araşdırmalar barədə məlumat verilib.
Komitə üzvləri xüsusi qrupun məlumatlarını və digər mənbələrdən AFFA-ya daxil olan məlumatları ətraflı müzakirə ediblər.
Müzakirələr zamanı əsas diqqət şübhəli oyunlarla bağlı komitənin qəbul edəcəyi müxtəlif növ cəza tədbirləri və bu tədbirlərin ağırlıq dərəcəsi olub.Komitənin iclasında Avropa Şurası çərçivəsində 2013-cü ildə qəbul olunması nəzərdə tutulan idman oyunlarının nəticələrinin manipulyasiyasına qarşı konvensiya da müzakirə olunub.
İclasın yekununda qərara alınıb ki, AFFA-nın növbəti İcraiyyə Komitəsinin iclasında danışılmış oyunlarla bağlı sərt cəza tədbirlərinin tətbiq olunması və bu cəzaların Premyer liqa yarışlarının intizam qaydalarına daxil edilməsi məsələsi qaldırılsın.

AzVision.az


Teqlər:  





Xəbər lenti