Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir

Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir
  27 Noyabr 2018    Oxunub:2486
Azərbaycan Cənubi Sudana sülhməramlı göndərəcək.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzası ilə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə layihə daxil olub.

Layihədə qeyd olunub ki, 4 nəfərlik heyət BMT sülhməramlıları missiyası tərkibində olacaq. Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq. Komitə layihəni müzakirə edərək plenar iclasa tövsiyə edib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti