Təbii fəlakətlər İndoneziyaya 13,8 trilyon ziyan vurub

Təbii fəlakətlər İndoneziyaya 13,8 trilyon ziyan vurub
  22 Oktyabr 2018    Oxunub:4527
İndoneziyanın Sulavesi adasında baş verən dağıdıcı zəlzələ və yeraltı təkanların yaratdığı 6 metrlik sunami nəticəsində dəyən ziyanın məbləği təqribən 13,8 trilyon rupi (911 milyon ABŞ dolları) təşkil edir.
Azvision.az xəbər verir ki, bu barədə “Jakarta Post” qəzeti İndoneziyanın təbii fəlakət fəsadlarının aradan qaldırılması Milli İdarəsinin nümayəndəsi Sutopo Purvo Nuqrohoya istinadən bildirib.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində Palu şəhərinin sahilətrafı və orada yerləşən minlərlə ev tamamilə dağılıb, yaxud suyun altında qalıb. Sahildən nisbətən kənarda yerləşən yaşayış məntəqələri və digər infrastruktura isə ciddi ziyan dəyib. Milli İdarənin nümayəndəsi itkilər və ziyanın artacağını istisna etməyib.

Xatırladaq ki, 28 sentyabrda Sulavesi adasının Palu şəhərində 7,5 bal gücündə zəlzələ baş verib və yeraltı təkanlar nəticəsində 6 metr hündürlüyündə sunami yaranıb. Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı artıq 2256 nəfərə çatıb. 4600 nəfər yaralanıb. Hökumət axtarış-xilasetmə əməliyyatlarını artıq dayandırıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: İndoneziya   Sulavesi  





Xəbər lenti