Kral ailəsi Kaşoqinin oğluna başsağlığı verdi

Kral ailəsi Kaşoqinin oğluna başsağlığı verdi
  22 Oktyabr 2018    Oxunub:3136
Səudiyyə Ərbistanının kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman Türkiyədə öldürülən səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin ailəsinə zəng edərək başsağlığı verib. Azvision.az xəbər verir ki, bu barədə Səudiyyənin “SPA” agentliyi mləumat yayıb.
Qeyd olunur ki, kral ailəsi Kaşoqinin oğlu Salahla telefon əlaqəsi saxlayıb. Həm kral Salman bin Əbdüləziz, həm də vəliəhd şahzadə Məhəmməd bin Salman Salahla söhbətdə jurnalistin ölümündən dolayı onların ailəsinə və yaxınlarına başsağlığı verərək, kədərlərini bölüşdüklərini bildiriblər.



Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. 18 gündən sonra Səudiyyə rəsmiləri Kaşoqinin konsulluqda öldüyünü təsdiqləyiblər. Qətllə əlaqədar 18 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   Türkiyə  





Xəbər lenti