Ermənistanda aprel döyüşçüsünün meyiti tapıldı

Ermənistanda aprel döyüşçüsünün meyiti tapıldı
  22 Oktyabr 2018    Oxunub:2521
Ermənistanda 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş gəncin meyiti tapılıb.

Azvision.az Shamshyan.com saytına istinadən xəbər verir ki, Vanadzor şəhərinin Bazuma polis bölməsinə Çuxadjyan-36 ünvanında cəsədin tapılması ilə bağlı məlumat daxil olub.
Aparılan araşdırmalardan sonra meyiti tapılan şəxsin 21 yaşlı şəhər sakini Sanasar Simonyan olduğu müəyyənləşib. Cəsəddə zorakılıq əlamətləri aşkar olunmayıb və ilkin məlumatlara görə, S. Simonyan ürək çatışmazlığı səbəbindən ölüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd olunub ki, S. Simonyan Aprel döyüşlərinin iştirakçısı olub. O, işğal altında olan Dağlıq Qarabağda döyüş mövqeyində xidmət aparıb.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Ermənistan   Aprel-Döyüşləri   Əsgər  





Xəbər lenti