Qatar qəzasında 22 nəfər ölüb, 171 yaralı var - Yenilənib

Qatar qəzasında 22 nəfər ölüb, 171 yaralı var - Yenilənib
  22 Oktyabr 2018    Oxunub:3400
Çinin Tayvan adasında qatar qəzası nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, 171 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
8 vaqondan ibarət “Puyuma” sürət qatarının 310 sərnişin tutumu olub. Qatarın relsdən çıxması ilə 5 vaqon aşıb.

***
Çinin Tayvan adasında qatar qəzası baş verib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hərəkətdə olan qatarın relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 101 nəfər isə xəsarət alıb.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilir.

Azvision.az



Teqlər: Tayvan   Qatar   Qəza  





Xəbər lenti