Haiti prezidentinə sui-qəsd edilib

Haiti prezidentinə sui-qəsd edilib
  18 Oktyabr 2018    Oxunub:3973
Haiti prezidenti Jovenelya Moizaya sui-qəsd cəhdi olub.
Azvision "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Pon-Ruj şəhərində müstəqil Haitinin banisi Jan-Jaka Dessalinanın 212-ci illiyi şərəfinə keçirilən mərasim zamanı baş verib.

Prezident abidə önünə gül qoyarkən ona atəş açılıb. Dövlət başçısı xəsarət almayıb. Hücum zamanı iki mühafizəçi yaralanıb.

Azvision


Teqlər: Haiti   Sui-qəsd  





Xəbər lenti