Azərbaycanlı Rusiyada polislərə hücum edib

Azərbaycanlı Rusiyada polislərə hücum edib
  14 Oktyabr 2018    Oxunub:4435
Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq şəhər idarəsi 25 yaşlı azərbaycanlı barəsində cinayət işinə başlayıb.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, həmyerlimiz hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunur.

Mənbəyə əsasən, oktyabrın 13-də polis əməkdaşları qaçırılmış avtomobili saxlayıblar. Avtomobildən çıxan şübhəli şəxs sağ əlində bıçaq tutaraq, polis əməkdaşlarına hücum edib. Havaya açılan xəbərdarlıq atəşindən sonra polis əməkdaşı hücum edən şəxsi tabel silahından atəş açaraq sağ çiynindən yaralayıb.

Hazırda cinayətkarın mühafizə altında xəstəxanada olduğu bildirilir. Ona qarşı ittihamın irəli sürülməsi və qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

AzVision.az


Teqlər: Rusiya   Polis  





Xəbər lenti