Ərdoğan “Twitter”də Trampa cavab yazdı
"Hər zaman vurğuladığım kimi, Türkiyə məhkəməsi qərarını müstəqil şəkildə verdi. Ümid edirəm ki, ABŞ və Türkiyə iki müttəfiqə yaraşan tərzdə əməkdaşlığı davam etdirəcək. PKK, İŞİD və FETÖ başda olmaqla terror təşkilatlarına qarşı mübarizə aparacaqlar”, - deyə Ərdoğan yazıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp amerikalı keşiş Endryu Bransonun azadlığa buraxılmasına görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib: "Branson çox çətin təcrübə keçmiş mükəmməl bir xristiandır. Prezident Ərdoğana etdiyi köməyə görə təşəkkür edirəm".
AzVision.az