Ermənistan prezidentinin Rusiyaya gizli səfəri

Ermənistan prezidentinin Rusiyaya gizli səfəri
  13 Oktyabr 2018    Oxunub:3990
Ermənistan prezidenti Armen Sarkisyan Rusiyaya gizli səfər edib.

AzVision.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. Bildirilib ki, səfər bu həftə baş tutub. Armen Sarkisyan Moskvaya səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov və onun müavini Qriqori Karasinlə görüşüb.
Məlumata görə, tərəflər Rusiya-Ermənistan münasibətlərini, növbədənkənar parlament seçkiləri ərəfəsində Ermənistandakı vəziyyəti müzakirə ediblər. Həmçinin yeni hökumətin cinayət işi açdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovla bağlı danışıqlar aparılıb.

Qeyd edilib ki, Armen Sarkisyan Moskvaya Paris və Nyu-York səfərlərindən qayıdarkən baş çəkib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti