Tramp itən jurnalistdən danışdı, Səudiyyəni müdafiə etdi
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
“Əgər ABŞ səudiyyəli jurnalistin itməsində Ər-Riyadın əlinin olduğu qənaətinə gələrsə, Vaşinqton-Səudiyyə Ərəbistanı münasibətlərinin aqibəti necə olacaq?” sualına Tramp cavabında bildiri: “Hadisələrin bu cür inkişafından məmnun olmazdım. Bu, heç də yaxşı olmazdı. İndiki vəziyyətdə çoxları həqiqətən də deyə bilər ki, sanki baş verənlərdə Ər-Riyadın əlinin olduğu görünür. Lakin gəlin tələsməyək.”
Tramp, yoxa çıxan səudiyyəli jurnalistin ətrafında yaranan vəziyyətlə əlaqədar ABŞ konqressmenlərinin Ər-Riyada silah satışının dayandırılması barədə çağırışlarına da münasibət bildirib. Onun fikrincə, belə addım Amerikanın özünə ziyan vuracaq.
“ABŞ-dakı yaxşı iqtisadi vəziyyətin səbəblərindən biri də Vaşinqtonun digər ölkələrə müdafiə sistemləri satmasıdır. Hamı onları əldə etmək istəyir. Səudiyyəyə silah satmaqdan potensial imtina ABŞ üçün acı həb olardı” – Tramp vurğulayıb.
Leyla Elbrusqızı
AzVision.az