ABŞ İncirlik bazasına alternativ tapdı
AzVision.az xəbər verir ki, Yunanıstanın müdafiə naziri Panos Kammenos Amerikaya rəsmi səfəri zamanı Pentaqonun rəhbəri Ceym Mettis ilə görüşündə belə təklif səsləndirb.
ABŞ müdafiə naziri Ceyms Mettis isə yunan həmkarının təklifini müsbət dəyərləndirib: “Nazir Kammenos bu gün belə bir mövzunu gündəmə gətirdi. Bizim üçün açıq qapı var. Hərbi qüvvələrimizi Avropada necə yerləşdirəcəyimiz məsələsində yaxın müttəfiqimiz Yunanıstan ilə əməkdaşlığa hər zaman açığıq. Bu, Yunanıstanın suverenlik hüququnu və ABŞ-ı maraqlandıran bir mövzudur və məsələni birlikdə incələyəcəyik”, – Mettis deyib.
Yunanıstan KİV-ləri isə yazır ki, ABŞ Yunanıstanın Qrit adasındakı Suda hərbi bazasını genişlətdirmək istəyir və buranı Türkiyənin İncirlik bazasına alternativ kimi nəzərdən keçirir. Bundan əvvəl isə ABŞ hərbi helikopterlərini Şərqi Avropaya göndərmək üçün Dedeağac limanından istifadə edib. Larisada isə ABŞ-ın “MQ9” hücum-kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatları yerləşdirilib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Yunanıstan Türkiyə ABŞ İncirlik