Trampla Putinin görüş yeri və vaxtı açıqlandı

  10 Oktyabr 2018    Oxunub : 2009
Trampla Putinin görüş yeri və vaxtı açıqlandı
ABŞ və Rusiya prezidentlərinin növbəti görüşünün tarixi və yeri açıqlanıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki. Vladimir Putin və Donald Tramp fevralın 14-də -Müqəddəs Valentin Günündə Finlandiyada görüşəcəklər.

Hər iki prezident Arktika Şurasının zirvə görüşünə dəvət edilib. Görüş sammit çərçivəsində baş tutacaq.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin bundan əvvəlki görüşü Finlandiyada keçirilmişdi.

AzVision.az

Teqlər: Tramp   Putin