Səudiyyənin İstanbuldakı konsulluğunda axtarış aparılacaq

Səudiyyənin İstanbuldakı konsulluğunda axtarış aparılacaq
  09 Oktyabr 2018    Oxunub:3026
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy Səudiyyə Ərəbistanı vətəndaşı, jurnalist Camal Kaşoqinin itkin düşməsi barədə açıqlama verib.
"Anadolu" agentliyinin məlumatına görə, Hami Aksoy məhkəmə, polis və kəşfiyyat orqanlarının vəziyyətə nəzarət etdiyini deyib.

“Konsulluq münasibətləri barədə Vyana müqaviləsinə əsasən, konsulluq binalarının toxunmazlığı ilə bərabər diplomatik missiya rəhbərinin razılığı ilə ev sahibi ölkə tərəfindən konsulluq binasında axtarış aparıla bilər. Səudiyyə Ərəbistanı əməkdaşlığa hazır olduğunu bildirib. Təhqiqat çərçivəsində konsulluq binasında axtarış aparılacaq”, - deyə Aksoy bildirib.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. Hətta onun öldürülməsi barədə məlumatlar da yayılıb.

AzVision.az


Teqlər: Türkiyə   Jurnalist   Səudiyyə  





Xəbər lenti