Çaylarda mövcud vəziyyət açıqlanıb
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində səkkiz santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 69 kubmetr olmaqla ongünlük normanın 101 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 10,5 kubmetr təşkil edərək ongünlük normanın 15 faizinə bərabər olub.
Avqustun 31-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində dörd, Bankədə bir, Salyanda altı, Surrada doqquz, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində beş santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 (2017-ci il avqustun 31-də 347 sm), Şirvanda 179 (2017-ci il avqustun 31-də 227 sm), Salyanda 107 (2017-ci il avqustun 31-də 153 sm), Bankədə 171 (2017-ci il avqustun 31-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 45 santimetrə (2017-ci il avqustun 31-də 52 sm) bərabərdir.
AzVision.az
Teqlər: