Gömrükdən psixotrop maddə keçirmək istədi

Gömrükdən psixotrop maddə keçirmək istədi
  17 Avqust 2018    Oxunub:1032
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın şalvarının kiçikölçülü cibində gömrük nəzarətinə bəyan edilməyən 1 büküm - xalis çəkisi 0,126 qram olan metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Gömrük   Biləsuvar  





Xəbər lenti