Prezident iki dövlət başçısını təbrik edib

Prezident iki dövlət başçısını təbrik edib
  16 Avqust 2018    Oxunub:1299
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir: "Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İndoneziya əlaqələrinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına sülh və firavanlıq arzulayıram".

Prezident İlham Əliyev,, həmçinin Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya da təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Qabon Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti