Trampın "tviti" lirəni çökdürdü

Trampın "tviti" lirəni çökdürdü
  10 Avqust 2018    Oxunub:19455
ABŞ prezidenti Donald Tramp Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, digər ölkələr tətbiq etdiyi ticarət tariflərini Türkiyəyə də tətbiq etmək barədə qərar qəbul edib. AzVision.az bildirir ki, bu barədə Tramp öz tvitter səhifəsində bəyan edib.
“Türk lirəsinin bizim güclü dollarımız qarşısında sürətlə aşağı düşməsi fonunda, mən indicə Türkiyədən idxal edilən polad və alüminiuma qoyulan tariflərin ikiqat artırılması barədə qərar verdim! Bundan sonra Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. Hazırda bizim Türkiyə ilə münasibətlərimiz yaxşı deyil!” – deyə, Tramp bildirib.



Qeyd edək ki, Ankara ilə Vaşinqton arasındakı siyasi gərginlik fonunda türk lirəsinin ABŞ dolları qarşısındakı məzənnəsi tarixdə ilk dəfə rekord həddə ən aşağı səviyyəyə düşüb. Belə ki, hazırda 1 dollar 6,6 lirə, 100 dollar isə müvafiq olaraq 679 lirə dəyərində müəyyənləşib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti