Ermənistan ordusunda 10 milyardlıq korrupsiya faktı

Ermənistan ordusunda 10 milyardlıq korrupsiya faktı
  10 Avqust 2018    Oxunub:5165
Ermənistanda fəaliyyət göstərən 10 şirkət 2009-2017 illər ərzində Müdafiə Nazirliyi ilə müqavilələr imzalayıb. Müqaviləyə əsasən şirkətlər ordunun ehtiyacları üçün 10 milyard dram məbləğində müxtəlif mal və hərbi sursat təqdim etməli idilər. Lakin malların çatıdırlmasında ciddi pozuntular aşkarlanıb və ya müqavilə ilə nəzərdə tutulan malların əvəzinə keyfiyyətsiz, aşağı qiymətə nazirliyə mallar çatdırılıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. Qeyd olunub ki, baş nazirin korrupsiyaya qarşı mübarizə üzrə köməkçisinin təqdim etdiyi sənədlər əsasında MTX-nın hərbi əks-kəşfiyyat idarəsində cinayət işi başlanıb

“Hazırda faktla bağlı araşdırma aparılır. Dəyən ziyanın əvvəlcədən hesablanması üçün dəqiq rəqəmlərin müvafiq yoxlamalar və ekspertizası keçiriləcək, qanunsuz əqdləri verən şəxslər aşkar edilərək onların hərəkətlərinə müvafiq hüquqi qiymət veriləcək” deyə, məlumatda qeyd olunub.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər: Ermənistan   Ordu   Korrupsiya  





Xəbər lenti