Ermənistan ordusunda növbəti korrupsiya faktı - Video

Ermənistan ordusunda növbəti korrupsiya faktı - Video
  08 Avqust 2018    Oxunub:3861
Ermənistanın Milli Təhlükəszilik Xidməti (MTX) Masis rayonunda hərbi komissarlıq, həkimlər, Müdafiə Nazirliyinin əməkdaşları və hərbi xidmətə çağırılanlar arasında qurulan növbəti irimiqyaslı korrupsiya sxeminin üstünü açıb. AzVision.az-ın məlumatına görə, bu barədə MTX-nin mətbuat xidməti xəbər yayıb.
Qeyd olunur ki, aparılan istintaq-əməliyyat işləri nəticəsində ordudakı korrupsiya şəbəkəsi ifşa olunub və onun üzvlərinin orduya çağırılan erməni gənclərə hərbi xidmətdən möhlət sənədi təqdim etdikləri aşkarlanıb.

İstintaq materiallarına əsasən, Masis hərbi komissarlığının bölmə rəisi, kimliyi tam açıqlanmayan S.B. aldığı 7 min ABŞ dolları müqabilində bu ilin hərbi xidmətə ilk çağırışında saxta sənədlər düzəldərək 4 erməni gəncini hərbi qulluqdan azad edib. O, əldə etdiyi pulun bir hissəsini “lazımi diaqnoz” qoyduğu üçün tibb mərkəzinin işçisinə, digər bir qismini isə hərbi komissarlığın M.Q. adlı mayoruna verib.

Həmçinin, Masis hərbi komissarlığının rəisinin hələ vəzifəyə yeni təyin olunan zaman bir çox oxşar korrupsiya cinayətlərinin də üstü açılıb. Aydın olub ki, o, davamlı şəkildə müxtəlif vəzifəli şəxslər və həkimlərlə əlbir olaraq şəbəkə yaradıb və külli miqdarda vəsait qarşılığında erməni gənclərin hərbi xidmətdən yayınmasına kömək edib. Hazırda MTX orduda ifşa edilən korrupsiya şəbəkəsinin bütün üzvlərini həbs edib və onlara qarşı cinayət işi açılıb, istintaq aparılır.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Korrupsiya  





Xəbər lenti