Orxan Camalı dəfn edə bilmirlər

Orxan Camalı dəfn edə bilmirlər
  06 Avqust 2018    Oxunub:22604
Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilən Azərbaycan əsilli jurnalist Orxan Camalın dəfnində problem yaranıb.
AzVision.az xəbər verir ki, bu barədə jurnalist Maksim Şevçenko “Facebook” səhifəsində məlumat paylaşıb. O, bildirib ki, Rusiyanın MAR-dakı konsulunun jurnalistin ölümü ilə bağlı imzaladığı yekun rəy itib, bu səbəbdən O.Camalı dəfn edə bilmirlər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, O.Camalın ölümü haqqında yekun rəy onların nəşini gətirən yük təyyarəsində itib. Onun sözlərinə görə, hazırda sənədin bərpası üçün iş aparılır.

AzVision.az


Teqlər: Orxan-Camal  





Xəbər lenti