İspaniyada erməni mafiyasına növbəti zərbə

İspaniyada erməni mafiyasına növbəti zərbə
  05 Avqust 2018    Oxunub:9051
İspaniya Milli Polisi Malaqa vilayətində Litvada yaşayan Ermənistan vətəndaşını, həmçinin iki Gürcüstan vətəndaşını həbs edib.

"RİA Novosti"-nin yaydığı məlumata görə, onların saxlanılması İspaniyada iyunun sonunda erməni mafiyasına qarşı səs-küylü əməliyyatın davamı hesab edilir. Həmin əməliyyat zamanı 129 nəfər həbs olunmuşdu.
Ötən gün keçirilən əməliyyat zamanı saxlanılan şəxslər mütəşəkkil cinayətdə şübhəli bilinirlər. Onlardan biri Rusiya mafiyasında üçüncü adam hesab olunur.

Məlumatda həmçinin bildirilib ki, saxlanılan üç nəfər Marbelidə kriminal avtoritetin qətlini planlaşdırıblar. Axtarış zamanı onların üstündən saxta Polşa və Ukrayna sənədləri çıxıb.

AzVision.az


Teqlər: İspaniya   Mafiya   Erməni  





Xəbər lenti