Maduroya sui-qəsdin təşkilatçıları məlum oldu

Maduroya sui-qəsdin təşkilatçıları məlum oldu
  05 Avqust 2018    Oxunub:4460
Venesuela prezidenti Nikolas Maduroya sui-qəsdin təşkilatçılarının bir hissəsi artıq saxlanılıb. Bu barədə xalqa televiziyadan ünvanladığı müraciətində dövlət başçısının özü bildirib.
Maduro hücumun “qatı sağçı” qruplaşmalar tərəfindən həyata keçirildiyini və həmin qruplaşmaların Kolumbiya və ABŞ-la əlaqəli olduğunu deyib. Kolumbiya prezidenti Xuan Manuel Santos isə açıqlamasında ittihamların əsassız olduğunu bildirib.

Son məlumata görə, Maduroya sui-qəsd cəhdinə görə məsuliyyəti “Flanel əsgərlər” gizli qrupu öz üzərinə götürüb.

Xatırladaq ki, Karakasda Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı Prezident Nikolas Maduroya pilotsuz uçan aparatla sui-qəsdə cəhd edilib. Lakin polis PUA-nı vaxtında zərərsizləşdirməyə nail olub. Hadisə nəticəsində Prezident və onun yaxınları xəsarət almayıb. Lakin mərasimə qatılan 7 əsgər yaralanıb. (AzərTAc)



AzVision.az


Teqlər: Maduro   Sui-qəsd  





Xəbər lenti