Rusiyanın baş qərargah rəisinin ABŞ-a gizli məktubu - Kömək edin...
Qeyd olunub ki, məktub ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putinin Sinqapur görüşündən 3 gün sonra göndərilib. “Məktubda qeyd olunur ki, geri qayıdan qaçqınların qəbulu üçün Suriyadakı rejimə ölkənin bərpası işini həyata keçirməkdə texniki avadanlıqlar, yanacaq, həmçinin digər material və vasitələr çatışmır.” – deyə “Reuters” yazır.
Lakin agentlik bildirir ki, Rusiyanın təklifini Amerika tərəfi olduqca soyuq qarşılayıb. Belə ki, Vaşinqton yalnız BMT nəzarəti altında müstəqil seçkilərin keçirilməsi də daxil olmaqla, Suriya münaqişəsinin siyasi yolla həll ediləcəyi təqdirdə Rusiyanın bu təşəbbüsünü dəstəkləyəcək və təklifini dəyərləndirəcək.
Xatırladaq ki, Trampla Putinin çoxtərəfli beynəlxalq forumlar çərçivəsindən kənar keçirdikləri ilk təkbətək görüşü 16 iyulda Helsinkidə baş tutub. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukrayna münaqişələri olub.
Leyla Elbrusqızı
AzVision.az