Lavrov erməni həmkarı ilə görüşməyəcək

Lavrov erməni həmkarı ilə görüşməyəcək
  03 Avqust 2018    Oxunub:4751
Rusiya XİN Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın rusiyalı həmkarı Sergey Lavrovla görüş üçün Moskvaya səfərinin hazırlanması ilə bağlı erməni KİV-lərində yayılan məlumatları təkzib edib.
AzVision.az xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin məsələ ilə bağlı sualını cavablandıraraq, Lavrovla Mnatsakanyanın görüşünün nəzərdə tutulmadığını açıqlayıb.

“Sergey Lavrovun qrafikində belə bir görüş qeydə alınmayıb. Bu haqda heç bir məlumatım yoxdur”, – deyə Zaxarova bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti