Senat Rusiyadan silah alan ölkələrlə bağlı qanunu qəbul etdi

Senat Rusiyadan silah alan ölkələrlə bağlı qanunu qəbul etdi
  03 Avqust 2018    Oxunub:3483
ABŞ Senatı prezidentə Rusiyadan silah alan, lakin rəsmi Vaşinqtonla yaxın münasibət qurmağa çalışan ölkələrə qarşı sanksiyalar tətbiq etməmək hüququnu verən qanun layihəsini qəbul edib.
AzVision.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, qanun layihəsi ABŞ prezidentinin imzalaması üçün Ağ Evə təqdim ediləcək.

Qeyd edək ki, ABŞ Konqresi Rusiya Hərbi Sənaye Kompleksinə dəstək verənlərə qarşı sanksiyalar tətbiq edilməsi barədə layihə hazırlayıb. Qanun layihəsinin müəllifləri Rusiyanın müdafiə sənayesinə dəstək verən şəxslərə qarşı sanksiya tətbiq etmək üçün ABŞ prezidentinə səlahiyyət verilməsini nəzərdə tuturlar. Sənəddə həmçinin qeyd edilir ki, bu sanksiyalar Rusiya Hərbi Sənaye Kompleksindən hərbi sursat alan dövlətlərin rəhbərlərini də əhatə edə bilər.

Layihədə ayrı-ayrı dövlətlərin Rusiyanın silah asılılığından yaxa qurtarmaq üçün konkret addımlar atacağı təqdirdə sanksiya müddətinin təxirə salınması nəzərdə tutulur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   silah   Senat   ABŞ  





Xəbər lenti