"Putinlə boks matçına çıxmağımı gözləyirdilər" - Tramp

"Putinlə boks matçına çıxmağımı gözləyirdilər" - Tramp
  03 Avqust 2018    Oxunub:2876
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinlə yaxşı əlaqələr qura bilib.

AzVision.az “The Hill” qəzetinə istinadən xəbər verir ki, bu barədə Tramp Pensilvaniya ştatındakı mitinqdə çıxışı zamanı deyib.
“Helsinkidə mən Vladimir Putinlə möhtəşəm görüş keçirdim. Biz hər şeyi müzakirə etdik. Həqiqətən də yaxşı yola getdik”, – deyə deyə Tramp bildirib. O, həmçinin, sammitlə bağlı ABŞ-dakı reaksiyaları da şərh edib. Vurğulayıb ki, Amerikada ondan Putinlə boks matçına çıxacağını gözləyirdilər.

Xatırladaq ki, Trampla Putinin çoxtərəfli beynəlxalq forumlar çərçivəsindən kənar keçirdikləri ilk təkbətək görüşü 16 iyulda helsinkidə baş tutub. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişafının perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukraynadakı böhranları olub.

Tramp Putinlə növbəti görüşünü 2019-cu ildə keçirmək istədiyini açıqlayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti