Heydər Camalın oğlu Afrikada öldürülüb

Heydər Camalın oğlu Afrikada öldürülüb
  01 Avqust 2018    Oxunub:8447
Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camal Mərkəzi Afrika Respublikasında qətlə yetirilib.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Afrikaya sənədli film çəkilişinə gedən Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenko hücuma məruz qalıb.
Onların güllələnmiş meyitləri Sibuta şəhərindən 33 km şimalda avtomobildə aşkar edilib. Cinayətin kimlər tərəfindən törədildiyi, qətlin motivləri hələlik dəqiq məlum deyil.

Qeyd edək ki, Orxan Camal Rusiya İslam Komitəsinin sədri, əslən azərbaycanlı din xadimi və ilahiyyatçı filosof Heydər Camalın oğludur. H.Camal uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib və Almatıda dəfn olunub.

AzVision.az


Teqlər: Orxan-Camal  





Xəbər lenti