CHP-nin növbədənkənar qurultayı keçiriləcək

CHP-nin növbədənkənar qurultayı keçiriləcək
  30 İyul 2018    Oxunub:3119
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) yeni lider seçmək üçün növbədənkənar qurultay keçirəcək. Qurultay yaxın 45 gün ərzində təşkil ediləcək.
Növbədənkənar qurultay keçirilməsinin lehinə partiyanın 625 üzvü səs verib.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də keçirilən parlament və prezident seçkilərindən sonra CHP-nin bir sıra üzvləri partiyanın lideri Kamal Kılıçdaroğlunu uğursuz siyasətdə günahlandırmış və ondan seçkilərdə prezidentliyə namizəd olmuş Məhərrəm İncenin xeyrinə vəzifəsini tərk etməyi tələb ediblər.

AzVision.az


Teqlər: CHP  





Xəbər lenti