Trampa qarşı qanun layihəsi - Səlahiyyəti əlindən alınır
Makkeynin fikrincə, Tramp ABŞ-ın NATO-dakı müttəfiqlərilə pis davranıb və buna görə də Amerika hökumətində ölkənin Şimali Atlantika alyansına sadiqliyi barədə şübhələr yaranıb. Makkeyn onu da əlavə edib ki, məhz NATO Amerikanı indikitək uğurlu və təhlükəsiz ölkə edib.
Qeyd edək ki, Tramp bir neçə dəfə, o cümlədən NATO-nun Brüssel sammitində alyansa üzv dövlətlərin kollektiv müdafiəsinin vacibliyini şübhə altına qoyub. O, hətta ABŞ-ın NATO-dan çıxacağilə hədələyib.
Tramp iddia edir ki, Konqressin təsdiqi olmadan ABŞ-ı NATO-dan çıxarmaq səlahiyyətinə malikdir. Beynəlxalq müqavilələr olmasına rəğmən, İranla nüvə sazişi və iqlim dəyişikliyi üzrə Paris razılaşmasından fərqli olaraq, NATO-nun yaradılmasına dair dair müqavilə ABŞ Senatı tərəfindən ratifikasiya edilib. Bu səbəbdən də, Senat onun icazəsi olmadan Trampın Şimali Atlantika Müqaviləsindən çıxa bilməyəcəyini bəyan edir.
Leyla Elbrusqızı
AzVision.az