Türkiyədə pullu əsgərliklə bağlı qanun qəbul edildi

Türkiyədə pullu əsgərliklə bağlı qanun qəbul edildi
  26 İyul 2018    Oxunub:6248
Türkiyə Böyük Millət Məclisi ödənişli əsgərliklə bağlı qanun layihəsini qəbul edib.

Parlamentin qəbul etdiyi qanuna əsasən, çağırışçılar 15 min lirə ödəyib 21 gün xidmət etməklə məcburi hərbi qulluqlarını başa vuracaqlar.
1 yanvar 1994-cü ildən sonra anadan olan çağırışçılar xidmətdən istifadə edə biləcəklər.

Qeyd edək ki, qanun layihəsi hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən parlamentə təqdim olunub.

AzVision.az


Teqlər: AKP   Türkiyə   TBMM  





Xəbər lenti