Ərdoğan İranı ABŞ-a qarşı müdafiə etdi

Ərdoğan İranı ABŞ-a qarşı müdafiə etdi
  25 İyul 2018    Oxunub:5148
“ABŞ-ın İranla bağlı qərarlarını yaxından izləyirik”.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, qeyd edib ki, İran Türkiyənin həm strateji müttəfiqi, həm də qonşusudur.

“Sanksiyalarla bağlı bunları bilmək lazımdır. ABŞ strateji müttəfiqimizdir. Bu səbəbdən digər strateji müttəfiqlərimizlə əlaqələri kəsmək ölkələr arasındakı müstəqillik anlayışımıza tərsdir. İran həm qonşumuz, həm də strateji ortağımız olacaq. Bunu Obama dönəmində də deyirdik. İndi də eyni fikri söyləyirik”, - deyə ərdoğan vurğulayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti