Koreyada hərbi helikopter qəzaya uğrayıb
Ölkənin Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata əsasən, helikopter ABŞ və Cənubi Koreya hərbçilərinin illik hərbi təlimlər keçirdiyi bazadakı uçuş-eniş zolağında 10 metr yüksəklikdən yerə çırpılıb. Nəticədə böyük partlayış baş verib və helikopterdəki 5 hərbçi dünyasını dəyişib, yaralanan 6 nəfər isə xəstəxanaya yerləşdirilib.
Qəzanın hansı səbəbdən baş verməsi bilinmir. Hazırda insidentlə bağlı araşdırma aparılır.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: CənubiKoreya təyyarəqəzası