Ermənistanda yenidən etirazlar başladı

Ermənistanda yenidən etirazlar başladı
  13 İyul 2018    Oxunub:4447
Ermənistanda bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən etirazçılar onun rəhbəri olduğu Eçmiədzin kilsəsində yenidən aksiya keçiriblər.

AzVision.az xəbər verir ki, bu barədə kilsənin mətbuat katibi Vaqram Məlikyan "Facebook" səhifəsində bildirib.
"Bu gün səhər tanınmış hərəkatın ("Yeni Ermənistan, yeni katolikos" hərəkatı) üzvləri təxribatçı davranışları və Katolikosun və digər ruhanilərin ünvanına təhqiredici ifadələrilə bütün ermənilərin mənəvi mərkəzində sakitliyi və ibadət atmosferini pozmağa cəhd ediblər", - deyə Məlikyan yazıb.

O, vurğulayıb ki, iyulun 10-da erməni apostol kilsəsinin Ali Dini Şurası etirazçılara tövbə edərək aksiyanı dayandırmaq üçün bir həftə vaxt verib.

Xatırladaq ki, bir neçə gün əvvəl də "Yeni Ermənistan, yeni katolikos" hərəkatının üzvləri II Qareginin Eçmiədzin kilsəsindəki dəftərxanasına basqın edərək, katolikos istefa verənədək kilsədə qalacaqlarını bəyan etmişdilər. Lakin polis zorla onları kilsədən çıxarıb.

Qeyd edək ki, erməni apostol kilsəsinin bir sıra keşişlərinin təşəbbüsilə başlayan “Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri artıq bir aydan çoxdur Eçmiədzin kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin xalqın qarşısına çıxıb, indiyədək törətdiyi əməllərə görə cavab verməsini və istefasını tələb ediblər.

Eçmiədzin kilsəsində çalışan keşişlər II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bəyan ediblər. Artıq keşişlərə qoşularaq II Qareginə qarşı çıxan ermənilərin sayı durmadan artır. II Qaregin isə istefa vermək niyyətində olmadığını bildirib.

Koçaryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Ermənistan   Eçmiədzinkilsəsi   katolikos   aksiya  





Xəbər lenti