NATO ölkələri hərbi xərclərini artırır

NATO ölkələri hərbi xərclərini artırır
  10 İyul 2018    Oxunub:2771
NATO-ya üzv ölkələr 2019-cu il üçün nəzərdə tutulan hərbi və müdafiə xərclərini rekord həddə artıracaqlar.
AzVision.az xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq 11-12 iyula nəzərdə tutulan Brüsseldəki NATO sammiti ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Bildirib ki, 2019-cu ildə NATO ölkələrinin müdafiə xərcləri daha bir neçə milyard dollar artırılacaq.

Qeyd edək ki, NATO-nun 2017-ci ildəki müdafiə xərcləri 900 milyard dollar olub. Bu, dünya üzrə hərbi xərclərin 52 faizini təşkil edir. Eyni ildə Rusiyanın hərbi xərcləri isə 66,3 milyard dollar olub. NATO-nun yalnız 5 üzv ölkəsi – ABŞ, Yunanıstan, Böyük Britaniya, Estoniya və Polşa ÜDM-un 2 faizini alyansın büdcəsinə ayırır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: NATO   Avropa   ABŞ  





Xəbər lenti