Norveçdə neftçilər kütləvi etiraza başlayıb

Norveçdə neftçilər kütləvi etiraza başlayıb
  10 İyul 2018    Oxunub:4377
Norveçin neft-qaz sahəsi işçilərinin həmkarlar ittifaqının 700-ə yaxın üzvü əmək haqqlarının artırılması tələbilə tətil elan edib.
AzVision.az “Verdens Gang” qəzetinə istinadən xəbər verir ki, neftçilər İşəgötürənlər Assosiasiyasilə aparılan danışıqlar uğursuzluqla nəticələndikdən sonra tətil etmək barədə qərara gəliblər.

“Safe neft-qaz sahəsi işçilərinin həmkarları və İşəgötürənlər Assosiasiyası neftçilərin illik əmək haqqlarının artırılması ilə bağlı razılığa gələ bilməyiblər. Bununla əlaqədar olaraq, kontinental şelfdəki 9 obyektdə işləyən 669 neftçi tətil elan ediblər”, – deyə Assosiasiyanın bəyanatında bildirilib.

İşəgötürənlər Assosiasiyası hesab edir ki, neftçilərin maaşların qaldırılmasilə bağlı tələbləri əsassızdır və müəssisələrlə işçilər arasındakı belə konfliktlər bu sahədə imic və iqtisadi itkilərə səbəb ola bilər.

Həmkarlar ittifaqı isə bəyan edib ki, əgər tərəflər razılığa gələ bilməsələr, gələn həftədən tətilə daha 900 neftçi qoşulacaq. Bununla da, tətil Norveçin neft sahəsində fəaliyyət göstərən 20 obyektini əhatə edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Norveç   neft-qaz   tətil  





Xəbər lenti