Ermənistan rus hərbçiləri ölkədən çıxarır - Sərhədi polislər qoruyacaq

Ermənistan rus hərbçiləri ölkədən çıxarır - Sərhədi polislər qoruyacaq
  09 İyul 2018    Oxunub:5380
Ermənistanın polis birlikləri (keçmiş daxili qoşunlar) ölkə sərhədlərində döyüş növbəsi və sərhəd-nəzarət işinə cəlb olunacaqlar.

AzVision.az bildirir ki, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında deyib.
“Bilirsiniz ki, polis qoşunları silahlı qüvvələrin başqa bir növünə aiddir. Amma indi onların döyüş vəzifələrinin həyata keçirilməsi işinə cəlb edilməsi üçün ehtiyac yaranıb.” – deyə Tonoyan vurğulayıb.

Onun sözlərinə görə, bu ehtiyac sadəcə Müdafiə Nazirliyinin döyüş növbətçiliyi ilə bağlı "yeni və maraqlı qərarlar" verməsindən irəli gəlir.

Lakin bundan əvvəl erməni və rus KİV-də baş naziri Nikol Paşinyanın Rusiyanın Federal Təhlükəszilik Xidməti (FTX) əməkdaşlarını ölkədən çıxarmağa, Ermənistan-Türkiyə sərhədinə nəzarəti rus qoşunlarının əlindən almağa hazırlaşdığına dair məlumatlar yayılmışdı. Rusları əvəz etmək üçün isə Ermənistan polis qüvvələrinin sərhəddə göndəriləcəyi deyilirdi.

Həmçinin vurğulanırdı ki, Paşinyan Ermənistan ordusunun say tərkibinin qənaətbəxş olmadığını nəzərə alaraq, işə yaramayan və daha çox təhdid-təzyiq funksiyasını icra edən polis qüvvələrinin Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinə göndərilməsini məqsədəuyğun hesab edib.

Qeyd edək ki, Ermənistanda 26 il əvvəl formalaşdırılan polis qüvvələrinin (keçmiş daxili qoşunlar) funksiyası dövlət və ictimai təhlükəsizliyin təmin edilməsidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   Qarabağ   Türkiyə  





Xəbər lenti