ABŞ hərbçilərini Rusiya ilə sərhədə göndərdi

ABŞ hərbçilərini Rusiya ilə sərhədə göndərdi
  09 İyul 2018    Oxunub:2294
Qara dənizin şimal-qərb hissəsində “Sea Breeze 2018” ABŞ-Ukrayna birgə hərbi təlimlərinə start verilib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna hərbi-dəniz qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, amerikalı və ukraynalı hərbçilərin birgə təlimləri Ukraynanın Odessa və Nikolayevsk əyalətlərində keçiriləcək. Təlimlərdə 19 ölkədən 2 mindən çox hərbçi, 30-dan çox hərbi gəmi və 20-dən çox hərbi təyyarə iştirak edir. Bu gündən başlayaraq 21 iyuladək davam edəcək hərbi təlimlərdə NATO standartlarına uyğun dəniz əməliyyatları icra olunacaq və hərbi manevrlər yerinə yetiriləcək.

Birgə təlimlərlə əlaqədar ABŞ hərbi-dəniz qüvvələrinin altıncı donanmasına məxsus “Mount Whitney” flaqman (hansısa bölgədə üzrə hərbi aviasiya və quru qoşun birləşmələrinin və onların komandanlığının daxil olduğu ən böyük eskadrilya gəmisi) və ABŞ-ın “Porter” raket esminesi Qara dənizə daxil olublar.

ABŞ-ın altıncı donanmasının bəyanatında deyilir ki, Ukrayna ilə birgə keçirilən hərbi təlimlər dənizdə təhlükəsziliyin təmin edilməsi və regional dəniz sabitliyinin gücləndirilməsinə, həmçinin NATO-nun tərəfdaşları və müttəfiq ölkələrinin hərbi-dəniz qüvələrinin hazırlığına yönəlib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Ukrayna   Qaradəniz   hərbitəlim  





Xəbər lenti