"Türkiyə dünyaya demokratiya dərsi verdi" - Ərdoğan

"Türkiyə dünyaya demokratiya dərsi verdi" - Ərdoğan
  25 İyun 2018    Oxunub:1290
Prezident Rəcəb Tayyib Ərdoğan növbədənkənar prezident və parlament seçkilərinədə qələbə münasibəti ilə sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı Mərkəzi Qərargahında “balkon konuşması” ilə partiyadaşlarına, tərəfdarlarına xitab edib.
İstanbuldan Ankaraya təyyarə ilə gələn Ərdoğan Türkiyə paytaxtında vətəndaşlar tərəfindən böyük sevgi ilə qarşılanıb. Seçkilərin azad, ədalətli və şəffaf təşkil olunduğunu deyən Ərdoğan bildirib ki, ölkədəki seçki fəallığı Türkiyə xalqının öz hüquqlarına və müstəqilliyinə verdiyi dəyərdir.

Qələbəyə görə bütün partiyadaşlarına, eləcə də Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçalı başda olmaqla bütün MHP mənsublarına minnətdarlıq edib və qarşıda duran vəzifələrdən danışıb.

Ərdoğan vurğulayıb ki, seçkinin qalibi demokratiyadır, milli iradədir: "Bu seçkinin qalibi 81 milyon vətəndaşımızın hər biridir. Türk siyasi tarixinin ən çox seçici iştirakı ilə baş tutan seçikidə iştirak edən hər bir vətəndaşımıza təşəkkür edirəm. Siz tarix yazırsınız. Əsrlər sizi çox fərqli yazacaq. Xalq yüksək seçki fəallığı ilə bütün dünyaya demokratiya dərsi verdi. Millətimizin seçki qutusunda partiyamıza verdiyi mesajı qəbul etdik. Millətimizin qarşısına bütün çatışmazlıqlarımızı aradan qaldıraraq çıxacağımıza əmin olun", - deyə Türkiyə prezidenti bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti