İraqda seçki böhranı – Baş nazir “yumruqla vuracağıq” dedi

İraqda seçki böhranı – Baş nazir “yumruqla vuracağıq” dedi
  11 İyun 2018    Oxunub:1178
İraqdakı parlament seçkilərinin nəticələrini müəyyənləşdirən səsvermə bülletenlərinin olduğu depoda baş verən yanğın demokratiya əleyhinə təxribatdır.

AzVision.az “Qazeta.ru”-ya istinadən xəbər verir ki, bu sözləri İraqın baş naziri Heydər əl-İbadi deyib.
“Biz bütün lazımi tədbirləri görəcəyik və ölkənin, onun əhalisinin təhlükəsizliyini pozanlara dəmir yumruqla zərbə vuracağıq.” – deyə İbadi vurğulayıb.

Qeyd edək ki, dünən Bağdadda, 12 mayda İraqda keçirilən parlament seçkilərində əhalinin səsvermə büllütenlərinin olduğu seçki qutularının saxlanıldığı ən böyük depoda yanğın olub. Nəticədə bir neçə seçki qutusu zərər görüb. İraq parlamentinin sədri Səlim əl-Cuburi və prezidentin köməçisi İyad Allavi yanğın səbəbi ilə seçkilərin yenidən keçirilməsini təklif ediblər. Cuburiyə görə, yanğın qəsdən törədilib və məqsəd İraq xalqının iradəsini dəyişdirmək, onları aldatmaq və səslərin sayında saxtakarlıq etməkdir.

Parlament seçkilərinin qalibi, 54 mandat qazanan “Əs-Sayrun” şiə blokunun lideri Müqtəda əs-Sədr isə yanğında məqsədin onun partiyasının qələbəsini – seçkilərin nəticələrinin ləğv edilməsi olduğunu bəyan edib.

Xatırladaq ki, 12 may parlament seçkilərində səslərin sayılmasında və səsvermə prosesində saxtakarlığa yol verildiyinə dair əhalinin iddiaları qarşısında İraq Məclisi səslərin yenidən əllə sayılması barədə qərar qəbul etmişdi. Yanğının bu qərarın icrasından öncə çıxması diqqət çəkir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İraq   Seçki  





Xəbər lenti