Tramp Meylə görüşdən imtina etdi

Tramp Meylə görüşdən imtina etdi
  08 İyun 2018    Oxunub:1533
ABŞ prezidenti Donald Tramp bu gün Kanadanın Kvebek şəhərində keçiriləcək G7 ölkələri liderlərinin sammiti çərçivəsində Böyük Britaniyanın baş naziri Tereza Mey ilə təkbətək görüşünü ləğv edib.
AzVision.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti Tramp administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Amerika rəsmisi qeyd edib ki, Tramp Meyin məktəb müəlliməsi kimi danışıq tonundan bezib: “İnciklik olmasın, amma Mey elə bil məktəb müəlliməsidir. Düşünmürəm ki, onun kiminləsə yaxşı münasibətləri var”.

Mənbə, həmçinin bildirib ki, ABŞ prezidenti Britaniya baş nazirinin xüsusi xahişlərindən narazıdır. Trampın fikrincə, Mey ABŞ-Britaniya münasibətlərindən öz şəxsi mənfəəti üçün istifadə etməyə çalışır.

Qeyd edək ki, bu gün və sabah Kvebek şəhərində G7 ölkələri (ABŞ, Kanada, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Yaponiya) dövlət başçılarının sammiti keçiriləcək. Sammit çərçivəsində Tramp yalnız Kanadanın baş naziri Castin Trüdo və Fransa prezidenti Emmanuel Makronla ikitərəfli danışıqlar aparacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Britaniya   G7  





Xəbər lenti