Avropa İttifaqı BMT TŞ-nın daimi üzvü olacaq

Avropa İttifaqı BMT TŞ-nın daimi üzvü olacaq
  07 İyun 2018    Oxunub:1135
Almaniya kansleri Angela Merkel Fransa və Böyük Britaniyanın ayrılıqda daimi üzv statusu yerinə, bütövlükdə Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasının daimi üzvü seçilməsini təklif edib.
AzVision.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu barədə Merkel Avropa Xalq Partiyasının Münhendəki iclasında proqram çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın ikinci dünya müharibəsindən sonra formalaşmış dünya nizamını pozması fonunda Avropa İttifaqı daha çox birlik nümayiş etdirməli və öz inkişafında fasilə etməməlidir.

Merkel bildirib ki, NATO-da ABŞ-la fikir ayrılığı, Trampın iqlim dəyişikliyi üzrə Paris müqaviləsi və İranla nüvə sazişindən çıxması, həmçinin transatlantik ticarət əməkdaşlığı ətrafında yaranan konflikt – bütün bunlar dünya nizamının yenidən təşkilinə işarə edir. Belə vəziyyətdə Avropa İttifaqı özünə yeni və daha həlledici rol axtarıb tapmalıdır.

“Əgər Avropa qlobal oyunçu olmaq istəyirsə, onda elə qlobal oyunçu kimi davranmalıdır.” – deyə Merkel vurğulayıb.

Kansler bunun üçün böyük əmək, cəsarət və qətiyyət, o cümlədən maliyyə tələb etdiyini bildirib. Onun fikrincə, Avropanın qlobal oyunçuya çevrilməsini təmin edəcək vasitələrdən biri də, Fransa və Böyük Britaniyanın ayrılıqda daimi üzv statusu əvəzinə, bütövlükdə Avropa İttifaqının BMT Təhlükəsizlik Şurasının daimi üzvü seçilməsidir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   Avropaİttifaqı   BMT  





Xəbər lenti