Lavrov “Qarabağ”ın danışıqlarda iştirakına münasibət bildirdi

Lavrov “Qarabağ”ın danışıqlarda iştirakına münasibət bildirdi
  07 İyun 2018    Oxunub:2958
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ separatçılarının danışıqlar masasına qaytarılmasına münasibət bildirib.
AzVision.az xəbər verir ki, Lavrovun sözlərinə görə, rəsmi Moskvanın mövqeyi dəyişməzdir. O, qeyd edib ki, münaqişə Ermənistan və Azərbaycanın iştirakı, ATƏT-in Minsk qupunun həmsədrləri vasitəsilə sülh yolu ilə həll olunmalıdır.

“Biz əminik ki, bu optimal formatdır və Minsk qrupunun Fransa və ABŞ-la birgə həmsədrlərindən biri qismində biz Bakı ilə İrəvanın razılığa gəlmələrinə imkan verəcək şərtlərin yaradılması üçün ziddiyyətsiz ümumi xətt həyata keçiririk. Bu iş uzun illərdir ki, davam edir, müxtəlif mərhələr olub. Müəyyən dövrdə "Dağlıq Qarabağ" danışıqlarda iştirak edib. Sonra əldə olunana razılaşmaya əsasən, iştirak dayandırıldı. ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Papov deməyib ki, "Dağlıq Qarabağ" danışıqlar masasına mütləq qayıtmalıdır. Siz onun sözlərini təhrif etməyin.

Əgər münaqişə tərəfləri hansısa mərhələdə "Dağlıq Qarabağ"ın danışıqlarda iştirak etməsi barədə razılığa gəlsələr, biz bu qərara hörmət edəcəyik”, deyə Lavrov açıqlamasında bildirib.

AzVision.az


Teqlər: Rusiya   Qarabağ   Azərbaycan   ATƏT  





Xəbər lenti