BMT Yəmən üçün sülh planı hazırladı

BMT Yəmən üçün sülh planı hazırladı
  07 İyun 2018    Oxunub:2793
BMT illərdir Yəməndə davam edən münaqişəyə son qoyulması üçün sülh planı hazırlayıb.
AzVision.az “Reuters”ə istinadən bildirir ki, Yəməndəki münaqişənin sülh yolu ilə nizamlanmasına dair BMT planında husilərin ballistik raketlərdən imtinası nəzərdə tutulub. Bunun əvəzində Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri husilərə qarşı bombardmanları dayandırmalıdır. Husilərdən alınan silahlar isə planlı və nizamlı şəkildə qeyri-dövlət hərbi subyektlərə təhvil verilməlidir.

BMT-nin sənədində qeyd olunub ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün Yəməndə müvəqqəti hökumət formalaşdırılmalıdır.

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası leqitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Yəmən   ABŞ   BMT  





Xəbər lenti